Pakistanın Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzad Hayber-Paxtunxva əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən daşqınlar baş verdiyini və bəzi yolların bağlandığını bildirib.
Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini qeyd edib.
Əyalətdə daşqın və evlərin damının uçması nəticəsində 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad, 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb.
Məhəmməd Tağıyev
çap et