525.Az

Çindən vətəndaşlarına XƏBƏRDARLIQ


 

Çindən vətəndaşlarına <b style="color:red">XƏBƏRDARLIQ</b>

Çin ABŞ-ə səfər edəcək vətəndaşlarına gözlənilməz vəziyyətlərə hazır olmaq barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin "WeChat" hesabında dərc edilən səyahət xəbərdarlığında bəzi çinli tələbələrin və şirkət işçilərinin son vaxtlar ABŞ-dəki hava limanlarında polis tərəfindən qeyri-qanuni sorğu-sual və təqiblərlə qarşılaşdıqları xatırladılıb.

Açıqlamada Çin vətəndaşlarının baqajındakı telefon, kompüter və digər əşyaların bir-bir yoxlanıldığı və bəzilərinin ölkəyə girişinə qadağa qoyulduğu vurğulanıb.

Məhəmməd Tağıyev

 





01.04.2024    çap et  çap et