525.Az

Bolqarıstan və Rumıniya Şengen bölgəsinə qoşuldu


 

Bolqarıstan və Rumıniya Şengen bölgəsinə <b style="color:red">qoşuldu</b>

Bolqarıstan və Rumıniya Avropa İttifaqının (Aİ) vizasız səyahət bölgəsi Şengenə daxil edilib.

525.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen "X" də etdiyi açıqlamada Bolqarıstan və Rumıniyanın Şengenə qoşulduğunu və bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini bildirib.

Fon der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olub.

Məhəmməd Tağıyev

 





01.04.2024    çap et  çap et