Meksika üzərindən ABŞ-ə keçməyə çalışdıqları güman edilən 8 çinli qayıqlarının batması nəticəsində həyatını itirib.
525.az xəbər verir ki, Meksikanın Oaxaka ştatında çimərlikdə 8 Çin vətəndaşının cəsədi tapılıb. Səlahiyyətlilər qaçqınların qayıqlarının aşması nəticəsində həyatını itirdiyini açıqlayıb.
Martın 29-u cümə günü baş verən hadisədə ölü tapılan 7 nəfərin qadın, 1 nəfərin isə kişi olduğu bildirilib. Belə ki, Meksika vətəndaşının idarə etdiyi qayıq bir gün əvvəl Qvatemala sərhədindəki Çiapas əyalətindən yola düşmüşdü.
Qeyd edək ki, Oaxaka Prokurorluğu cəsədlərin Playa Visente yaxınlığındakı çimərlikdə tapıldığını bildirib.
Məhəmməd Tağıyev
çap et