Çin Himalay dağlarında Hindistanla sərhəd mübahisəsinin olduğu bölgədəki bəzi yerlərə yeni coğrafi adlar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Vətəndaşlıq İşləri Nazirliyindən verilən açıqlamada Çinin Tibet Muxtar Bölgəsinin bir hissəsi olduğunu iddia etdiyi Hindistanın Arunaçal-Pradeş əyalətindəki bəzi yaşayış məntəqələrinin adlarının "standartlaşdırma" məqsədilə dəyişdirildiyi bildirilib.
Açıqlamaya görə, Çinin "Zangnan" (Cənubi Tibet) adlandırdığı bölgədə 11 yaşayış məntəqəsi, 12 dağ, 4 çay, göl, dağ keçidi və düzənliyin adı rəsmi dil olan Mandarin Çincəsi və Tibet sözləri ilə dəyişdirilib.
Mülki idarəetmə vahidlərinin yaradılması və adlarının verilməsinə cavabdeh olan nazirlik, həmçinin adları dəyişdirilmiş yerlərin genişlik və uzunluq məlumatları ilə bağlı ətraflı məlumatı özündə əks etdirən yüksək ayırdedici xəritə də dərc edib.
Qeyd edək ki, Hindistanın Baş naziri Modinin bu ayın əvvəlində tunel açmaq üçün bölgəyə səfəri Çin tərəfindən etirazla qarşılanıb.
Malik Atilay
çap et