525.Az

Suriyada bombalı avtomobil partladılıb: 7 nəfər ölüb


 

Suriyada bombalı avtomobil partladılıb: <b style="color:red">7 nəfər ölüb</b>

Suriyada bomba yüklü avtomobilin partlaması nəticəsində 7 nəfər həyatını itirib, ən azı 30 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Azez rayonunda bomba yüklü avtomobilin partladılmasından sonra yanğın baş verib.

Dükanların sıx olduğu küçədə gecə saatlarında baş verən partlayışda 7 nəfər həyatını itirib, ən azı 30 nəfər yaralanıb. Yaralılara ətrafdakı xəstəxanalarda tibbi yardım göstərilib. Partlayışın baş verdiyi ərazidəki mağazalara ziyan dəyib.

Qeyd edək ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Malik Atilay

 





01.04.2024    çap et  çap et