525.Az

Sahil Babayev: Bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq


 

Sahil Babayev: Bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq<b style="color:red"></b>

DOST şəbəkəsi genişləndiriləcək.

525.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, DOST mərkəzlərinin regional filialları açılacaq ki, bu da xidmətlərdən vətəndaşların rahat istifadə edə bilməsi üçün nəzərdə tutulub.

“2026-cı ilə qədər regional mərkəzlərin, həmin ilin sonuna isə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Beləliklə bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq”, - deyə o qeyd edib.

 





02.04.2024    çap et  çap et