https://525.az/img/pics/medium/2025-01/340116_x00d8woz5j.jpg Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti
https://525.az/img/pics/medium/2025-01/340115_wkqc68tub0.jpg Müəllim ömrünün sönməyən işığı
https://525.az/img/pics/medium/2025-01/339592_0j7ke6nc30.jpg Ziyarətdən tapılmış əlyazma Məhəmməd Füzulinindirmi?
https://525.az/img/pics/medium/2025-01/340081_wvcxkooqc7.png "XX əsr Azərbaycan ədəbiyyatı tarixi": statikadan dinamikaya
search
14 Yanvar 2025

Misli Premyer Liqasında komanda sayı artırılacaq?

Misli Premyer Liqasında komanda sayı artırılacaq?

Misli Premyer Liqasında sonuncu yeri tutan komandanın elitada qalması və ya ölkə çempionatında komanda sayının artırılması müzakirə mövzusudur.

QOL.az xəbər verir ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bununla bağlı açıqlama verib. O bildirib ki, Premyer Liqanın formatı ilə bağlı müzakirələr aparılacaq:

"İcraiyyə Komitəsində qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar isə qısa müddətdə  qəbul oluna bilər. Premyer Liqanın formatı ilə bağlı təhlil aparacağıq".

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.