525.Az

DİM-in mart ayında keçirdiyi imtahanlarda 152 min 827 nəfər iştirak edib


 

DİM-in mart ayında keçirdiyi imtahanlarda 152 min 827 nəfər iştirak edib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

DİM-dən 525.az-a bildirilib ki, mart ayında keçirilmiş imtahanlarda 152 min 827 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 92 min 735 olub. Mart ayı ərzində 4335 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 184 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 13934, elektron poçt vasitəsilə 2000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7606 olub. Abituriyent məsləhət mərkəzlərinə 6315 müraciət daxil olub.

Sevinc Qarayeva 

 





02.04.2024    çap et  çap et