525.Az

Nəğməkar şair məktəblilərlə görüşəcək


 

Nəğməkar şair məktəblilərlə görüşəcək<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq.

Təhsil İdarəsindən 525.az-a bildirilib ki, görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçiriləcək. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sevinc Qarayeva 

 





02.04.2024    çap et  çap et