525.Az

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri xaricdə təhsil üzrə ilk beşliyə daxil olan ölkələrin adlarını açıqlayıb


 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri xaricdə təhsil üzrə ilk beşliyə daxil olan ölkələrin adlarını açıqlayıb<b style="color:red"></b>

Hazırda xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 138, magistratura səviyyəsi üzrə 379 nəfər təhsil alır.

525.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

Turan Topalova bildirib ki, həmin tələbələr 21 ölkədə 17 ixtisas istiqaməti üzrə 121 universitetdə təhsil alırlar. Dövlət Proqramı tələbələrinin təhsil aldığı TOP 5 ölkə arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, İtaliya Respublikası yer alır. Tələbələrin ən çox üz tutduğu TOP ixtisas informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat və təhsil sahələridir.

Sevinc Qarayeva 

 





02.04.2024    çap et  çap et