ABŞ-nin Texas ştatında bir nəfərdə quş qripi aşkarlanıb.
525.az xəbər verir ki, Texas ştatının Səhiyyə Xidmətləri Departamenti dünən ştatda bir nəfərdə quş qripinin aşkar edildiyini açıqlayıb. Nazirlik açıqlamasında əvvəllər inəklərdə aşkar edilmiş hallarda insanlara yoluxma riskinin aşağı olduğunu qeyd etmişdi.
Açıqlamada: "Nazirlik insanda quş qripinə ilk yoluxma faktını qeydə alıb. Xəstənin vəziyyəti quş qripinə yoluxduğu güman edilən inəklərlə təmasda olduqdan sonra pisləşib. Bu, ümumilikdə ABŞ-də bir insanda aşkar edilən ikinci quş qripi hadisəsidir", - deyib.
Səlahiyyətlilər keçən həftə Texas və Kanzas ştatlarında inəklərdə quş qripinin aşkar edildiyini açıqlamışdı.
Məhəmməd Tağıyev
çap et