525.Az
İlham Əliyev “Rossiya Seqodnya”-nın baş direktorunu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.
525.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, D. Kiselyov Azərbaycanda rəhbərlik etdiyi qurumun fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb.
O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək qiymətləndirib.
Dövlət başçısı son illər ölkədə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini söyləyib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
23.09.2014
çap et