525.Az

"Səfirlər" - ​​​​​​​"Bir rəsmin dedikləri"


 

"Səfirlər" - <b style="color:red"> ​​​​​​​"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fidan Böyükbabalıdır. Onunla məşhur rəssam Hans Holbeinin "Səfirlər" əsəri haqqında danışmışıq.

Şimal Renessansının görkəmli nümayəndəsi Hans Holbein 6 oktyabr 1497-ci ildə Almaniyanım Auqsburq şəhərində anadan olub. Onun atası Böyük Hans Holbein Auqsburqda böyük rəssam emalatxanasına rəhbərlik edirdi. Böyük Hans Holbein Qotika məktəbinin sonuncu nümayəndəsi idi. Ata rəssamdan oğul rəssamı fərqləndirmək üçün oğlunu Gənc Hans adlandırırlar. Gənc Hans Holbein dini incəsənət, satira və Reformasiyanı təbliğ edən rəsm əsərləri çəkirdi. Rəssam həmçinin kitab dizaynı tarixinə mühüm töhfələr verib.

Holbein dəqiqliklə çəkdiyi və rənglədiyi üçün sənətini bəzən realist adlandırırdılar. Lakin o, heç vaxt zahiri görünüş ilə kifayətlənməyib; simvolizm, eyham və paradoks qatları ilə də işləyib. İncəsənət tarixçisi Ellis Uoterhausun fikrincə, onun portreti ifadənin etibarlılığı və qənaətcilliyi, xarakterə nüfuzu, üslubun zənginliyi və saflığı ilə fərqlidir. Rəssam 1543-cü ildə Londonda vəfat edib.

 

 

- Holbein yaradıcılığının zirvəsi "Səfirlər" əsəri hesab olunur. Bu tablonu rəssamın digər işlərindən fərqləndirən əsas cəhətlər hansılardır?

- O, dini incəsənət mövzüsünda bir çox rəsm əsərləri çəkib. Holbeinin əsərlərində bu səbəbdən dövrünün tarixi hadisələrini əks etdirən obrazlara və səhnələrə rast gəlməyimiz heç də təsadüfi deyil. Hans Holbein "Səfirlər" əsərində yaradıcılıq potensialından yüksək səviyyədə istifadə edib. Əsərdə konkret tarixi hadisə ehtiva olunur.

- Əsərdə təsvir olunan şəxslər kimdir?

- Boyakarlıq nümunəsi olan bu Avropada dini təlatümlər zamanı çəkilib. İngiltərə kralı VIII Henrix tezliklə Roma Katolik kilsəsi ilə əlaqəsini kəsəcəkdi, çünki Papa birinci arvadı Araqonlu Ketrin ilə nikahını ləğv etməyəcəkdi.  Masanın üzərindəki əşyalar dövrün siyasi vəziyyətinin mürəkkəbliyinə işarə edir. Bu, həm də Holbeinin təsvirlər tərtib etmək və müxtəlif teksturaları yenidən yaratmaq üçün yağlı boya ilə manipulyasiya etmək bacarığının ən yüksək göstəricisidir. Holbein bu rəsm əsərini 1530-cu illərin əvvəllərində İngiltərəyə ikinci səfərində çəkib. Portretin çəkildiyi eyni ildə Henri ikinci arvadı Enn Boleynlə evlənir. Bununla da o, papalıq səlahiyyətindən keçərək, İngiltərə kilsəsini Romadan asılı olmadan qurur və özü kilsəyə rəhbərlik etməyə başlayır. Katolik Avropası ilə dini və siyasi əlaqələrin kəsilməsi Fransa kralı I Fransisk üçün narahatlıq doğururdu. Sol tərəfdəki adam vəziyyət barədə ona hesabat verməyi tapşırdığı səfiri Jan de Dintevildir. Kralın adından toyda Fransisin ən etibarlı əyanlarından biri olan Dintevil iştirak edirdi. Bu, onun İngiltərədəki ikinci diplomatik missiyası idi və o, ölkəyə daha üç dəfə səfər edərək iki monarx arasında qasid kimi çıxış edəcəkdi. Sağdakı adam onun yaxın dostu, Lavaur yepiskopu Georges de Selvedir. Selve də diplomatik missiyada idi, baxmayaraq ki, onun səlahiyyətini dəqiq bilmirik.

Bu rəsm çəkiləndə hər iki şəxs iyirmi yaşlarında idi: Dintevilin qılıncının qınında və Georgesun söykəndiyi kitabın kənarındakı latın yazıları onların müvafiq olaraq 28 və 24 yaşlarında olduqlarını göstərir.

- Əsərin rəng həlli necədir?

- Əsərin rəng həllində kontranslıqdan istifadə edilib. Tabloda daha çox lokal rənglər görürük. Əsərdəki işıq və kölgə oyunu personajların geyimində daha aydın şəkildə hiss olunur. Dintevilin çəhrayı atlaz tunikasının parıltısı göz qamaşdırır, onun hamarlığı, qara papağının astarlı zəngin, sıx vaşaq kürkü ilə ziddiyyət təşkil edir. Holbein onun dəbdəbəli yumşaq teksturasını hiss edərək, kənarlarının ətrafındakı fərdi tükləri rəngləyib. Dintevil xəncərinin qınından asılan qızıl qotazlar Holbeinin adi zərləmə texnikasından istifadə etməklə yaradılıb. Süfrədə türk xalçasının ayrı-ayrı düyünlərini görə bilərik; Holbeinin sadəcə olaraq çılpaq qoyduğu boz sahələr rəngsizdir.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Əsər mürəkkəb kompozisiya quruluşuna malikdir. Rəsm əsərində rəssam iki ölçülü perspektivdan istifadə edib. Əsərdə hər bir detal simmetrik şəkildə yerləşdirilib. Kompozisiya mürəkkəb xətlərin kəsişməsindən əmələ gəlib. Əsərdə təsvir edilən xalça türk xalçasıdır. Rəssam tabloda Jan de Dentevil və Georgi de Silvanın emosional aləmini ziddiyyətli şəkildə təsvir edib. Jan de Dentevilin inamlı olması və özündən razı xəfif təbəssümü əsərə baxan tamaşaçıya onun peşəkar diplomat olmasından xəbər verir. Digər siyasətçi Georgi de Silva isə sakit narahat, təşvişli və qayğılı təsvir edilib. Bu, özünü onun narahat şəkildə əli ilə geyimini tutmasında daha çox büruzə verir. Onlar yaşıl pərdə fonunda təsvir edilib. Rəssam pərdənin parçasının naxışlarını ton kontrası yaradaraq göstərir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər Böyük Biritaniya Milli Rəsm Qalereyasında mühafizə edilir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Bizə məlumdur ki, Hans 1533-cü ildə əsərin üzərində işləyirdi, çünki o, sol tərəfdəki fiqurun arxasındakı mərmər döşəmədə öz imzasının altında tarix qoyub. Rəssam adətən, öz rəsmlərini imzalamırdı. Buradakı imza digər məlum nümunələrdən daha mükəmməldir və rəssamın bu əsərlə xüsusilə fəxr etdiyini göstərir. "Səfirlər" əsəri danışıqlar yolu ilə baş tutan sülhə işarədir.

Aytac SAHƏD

 





03.04.2024    çap et  çap et