525.Az

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb


 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb<b style="color:red"></b>

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən 525.az-a bildirilib ki, mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbindən 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından 5, Polşa Respublikasından 5, Çin Xalq Respublikasından 4, Macarıstandan 3, Amerika Birləşmiş Ştatlarından 2, Fransa Respublikasından 2, İsveçrə Konfederasiyasından 2, Koreya Respublikasından 2, Litva Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, İspaniya Krallığından 1, Malayziyadan 1, Niderland Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə edilir.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.

Sənədlərə baxılma müddəti orta hesabla 16 iş günü təşkil edib.

Sevinc Qarayeva 

 





03.04.2024    çap et  çap et