525.Az

Yaz semestrində 4252 tələbə təhsil krediti alıb


 

Yaz semestrində 4252 tələbə təhsil krediti alıb<b style="color:red"></b>

2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan 525.az--a bildirilib ki, yaz semestri ərzində 5571 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 528 nəfərin müraciəti natamam olub, 436 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 328 nəfərin müraciətinə imtina cavabı verilib, 227 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz semestri üzrə 4252 nəfərə TTK verilib. Onların arasından 1276 nəfərin müraciəti sosial TTK, 2976 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Sevinc Qarayeva 

 





03.04.2024    çap et  çap et