525.Az

Ramazan bayramında məktəblərdə qeyri-iş günləri açıqlanıb


 

Ramazan bayramında məktəblərdə qeyri-iş günləri açıqlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 525.az-a verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

 





03.04.2024    çap et  çap et