525.Az

Fransa Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcək


 

Fransa Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcək<b style="color:red"></b>

Fransanın müdafiə naziri Sebastien Lekornu ölkəsinin 2025-ci ilin əvvəlinə qədər yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, müdafiə naziri Sebastien Lekornu Ukraynaya hərbi yardım paketi ilə bağlı açıqlamalar verib. Belə ki, Fransanın Ukraynaya yüzlərlə zirehli texnika göndərəcəyini açıqlayan Lekornu, Ukraynanın geniş cəbhə xəttinə malik olması və hərbi hissələrin hərəkətliliyi baxımından bu vasitələrin əhəmiyyətini vurğulayıb.

Lekornu həmçinin Ukraynanın Rusiyaya qarşı hava hücumundan müdafiəsi ilə bağlı fövqəladə vəziyyət olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





03.04.2024    çap et  çap et