525.Az

Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub


 

Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub<b style="color:red"></b>

Moskvada Rusiya ilə İran İslam Respublikası arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.

 





03.04.2024    çap et  çap et