525.Az

Çində güclü qasırğa: 7 ölü, 11 yaralı


 

Çində güclü qasırğa: <b style="color:red">7 ölü, 11 yaralı</b>

Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli tufanlar nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

525.az xəbər verir ki, Çində güclü külək, leysan və dolu martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana mənfi təsir edib. Belə ki, əyalətin paytaxtı Nançang şəhərində bir binanın damı tufan nəticəsində uçub, 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib. 

Nançanqda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb.

Məhəmməd Tağıyev

 





03.04.2024    çap et  çap et