525.Az

Norveç parlamentində bomba həyəcanı


 

Norveç parlamentində bomba həyəcanı<b style="color:red"></b>

Norveç parlamentində bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

525.az xəbər verir ki, polisə yerli vaxtla saat 10:00-da parlamentə qarşı bomba təhlükəsi barədə məlumat verilib. Parlamentin fəaliyyəti dayandırılarkən, binanın boşaldılması barədə göstəriş verilib. Xəbərdarlıqdan sonra polis hadisə yerinə gedib, parlament binasının giriş-çıxışlarını və küçələri bağlayıb.

Qeyd edək ki, bomba təhlükəsinin mənbəyi ilə bağlı açıqlama verilməyib.

Məhəmməd Tağıyev

 





03.04.2024    çap et  çap et