Sentyabrın 23-də saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
525.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
çap et