"Azərbaycan xüsusi mühafizə olunan xüsusi milli parklarının yaradılması üçün tədbirlər görür".
525.az APA-ya istinasdən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin beştərəfli görüşündə deyib.
O bildirib ki, Xəzər dənizinə son üç ildə 20 milyon 311 min balıq körpəsi buraxılıb:
"Dənizin ətraf mühitinin ekoloji zərərlərinin müəyyənləşdirilməsi məqsədilə "Əlif Hacıyev" gəmisi ilə mütəmadi monitorinqlər həyata keçirilir. Bu il Bakıda keçiriləcək COP29-un əsas komponentləri arasında Xəzər dənizindəki ekoloji dəyişiklik problemləri də mühüm yer tutacaq".
çap et