525.Az

UNEC-in rektoru Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edib


 

UNEC-in rektoru Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq təkliflə çıxış edib.

Bu barədə 525.az-a UNEC-dən məlumat verilib. Rektor deyib: “Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başlandığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edirik”.

Sevinc Qarayeva 

 





04.04.2024    çap et  çap et