525.Az

Tayvanda baş verən zəlzələdə 70 işçi karxanada qalıb


 

Tayvanda baş verən zəlzələdə 70 işçi karxanada qalıb<b style="color:red"></b>

Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələ zamanı girişləri bağlanan iki karxanada 70 işçi qapalı vəziyyətdə qalıb.

525.az xəbər verir ki, Milli Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya görə, zəlzələ səbəbilə iki karxanada bəndlərin uçması nəticəsində işçilər ərazidə qapalı qalıb.

Bir karxanada 66, digərində 4 işçinin olduğu, xilasetmə işlərinin davam etdiyi açıqlanıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 9 nəfər ölüb, 934 nəfər isə xəsarət alıb.

Məhəmməd Tağıyev

 





04.04.2024    çap et  çap et