525.Az

ABŞ İsrailə döyüş təyyarələri satmağa hazırlaşır


 

ABŞ İsrailə döyüş təyyarələri satmağa hazırlaşır<b style="color:red"></b>

ABŞ administrasiyası İsraili mülki itkilərə qarşı diqqətli olması barədə xəbərdar etsə də, bu ölkəyə dəqiq idarə olunan hərbi sursatlar göndərməyə hazırlaşır.

525.az xarici mediaya istinadən xəbər verir ki, Bayden administrasiyası həmçinin Konqresi 18 milyard dollarlıq F15 döyüş təyyarəsi satışı barədə məlumatlandırıb.

İsrailin Qəzzaya hücumları başladığından bəri ən yüksək məbləğ olan bu satış 50 F15 döyüş təyyarəsindən ibarətdir.

Bayden administrasiyası satış üçün Konqresə qeyri-rəsmi bildiriş göndərib. O, həmçinin İsrailə çoxlu sayda dəqiq idarə olunan hərbi sursatların satışı barədə Konqresə məlumat verməyə hazırlaşır.

Qeyd edək ki, belə yüksək məbləğdə satışlar üçün Konqresin təsdiqi tələb olunur. Demokratik Partiyanın üzvü olan bəzi Nümayəndələr və Senatorlar İsrailin Qəzzaya hücumlarında mülki itkilərin çox olması və humanitar böhrana görə Netanyahu administrasiyasına reaksiya verirlər. Bu səbəbdən onlar Bayden administrasiyasından İsrailin Qəzzaya hücumlarını dayandırmadan ona silah satmamasını xahiş edirlər.

Malik Atilay

 





04.04.2024    çap et  çap et