525.Az

Botsvana Almaniyanı 20 min fil göndərməklə hədələdi


 

Botsvana Almaniyanı 20 min fil göndərməklə <b style="color:red">hədələdi</b>

Dünyanın ən çox fil sıxlığına malik ölkəsi Botsvananın Prezidenti Mokgveetsi Masisi fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Masisi "Bild" qəzetinə verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığına diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu ifadə edib.

Masisi, ovun fil populyasiyasına nəzarət etmək üçün təsirli bir üsul olduğunu qeyd edərək: "Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır", - deyib.

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi, fil populyasiyasını qorumaq üçün fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərə biləcəklərini söyləyib.

Qeyd edək ki, Masisi bunun zarafat olmadığını vurğulayaraq, “yox” cavabını qəbul etməyəcəklərini bildirib.

Malik Atilay

 





04.04.2024    çap et  çap et