525.Az

Tayvanda son 25 ilin ən böyük zəlzələsi


 

Tayvanda son 25 ilin ən böyük zəlzələsi<b style="color:red"></b>

Tayvan Meteorologiya İdarəsinin məlumatına görə, Tayvan sahillərində 7,2 bal gücündə, ABŞ Geoloji Xidmətinin məlumatına görə isə 7,4 bal gücündə zəlzələ baş verib. 

525.az xarici mediaya istinadən xəbər verir ki , Seysmoloji səlahiyyətlilər bunun Tayvanda son 25 ildə ən güclü zəlzələ olduğunu bildiriblər.

Tayvanın şərq sahilindəki Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdə 4 nəfərin öldüyü, 97 nəfərin yaralandığı açıqlanıb.

ABŞ Geoloji Xidməti (USGS) 7,4 bal gücündə zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu açıqlayıb.

Qeyd edək ki, 34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində bölgədə bəzi binaların dağıldığı bildirilib.

Malik Atilay

 





04.04.2024    çap et  çap et