525.Az

ABŞ-də seçkilər üçün geri sayım davam edir


 

ABŞ-də seçkilər üçün geri sayım <b style="color:red">davam edir</b>

ABŞ tarixinin ən kritik prezident seçkilərindən birinə 7 ay qalıb, partiyaların ilkin seçkiləri davam edir.

525.az xarici mediaya istinadən xəbər verir ki, namizədlik üçün partiyalarında kifayət qədər nümayəndə sayına çatan prezident Bayden və keçmiş prezident Tramp gözlərini ümumi seçkiyə çevirib. 

Yanvar ayında başlayan ilkin seçki prosesində seçicilər iyun ayına qədər seçkilərə gedəcəklər.

Nyu-Yorkda da seçki qutuları qurulub və seçicilər irəli sürmək istədikləri namizədə səs veriblər.

Digər tərəfdən, Demokratlar Partiyasında prezident Bayden və Respublikaçılar Partiyasında keçmiş prezident Tramp namizədlik üçün kifayət qədər nümayəndə sayına çatdığından yarış bir formallıq kimi qiymətləndirilir.

Malik Atilay

 





04.04.2024    çap et  çap et