525.Az

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb


 

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb<b style="color:red"></b>

Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 97-yə çatıb.

525.az xəbər verir ki, bu barədə “China Times” qəzeti fövqəladə hallar xidmətinə istinadən yazır.

Bundan əvvəl bir nəfərin öldüyü və 50-dən çox yaralının olduğu bildirilib.

Xatırladaq ki, aprelin 3-də səhər Tayvan yaxınlığında 7,7 bal gücündə güclü zəlzələ baş verib. Daha sonra 6,6 bal gücündə zəlzələ və 5,4 bal gücündə dörd zəlzələ qeydə alınıb.

Havar Şəfiyeva 

 





04.04.2024    çap et  çap et