525.Az

Yaponiyanın ən yaşlı pandası "Tan Tan" ölüb


 

Yaponiyanın ən yaşlı pandası "Tan Tan" ölüb<b style="color:red"></b>

Yaponiyanın "Tan Tan" adlı ən yaşlı pandasının 28 yaşında öldüyü açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, dövlət televiziyası NHK pandanın ürəyinin dayanması nəticəsində öldüyünü açıqlayıb.

Kobe şəhərindəki Oji zooparkının rəsmiləri 1995-ci ildə Çinin Çiçuan bölgəsində doğulan pandanın bölgədəki zəlzələdən sonra, 2000-ci ildə şəhərə gətirildiyini bildirib.

Qeyd edək ki, məqsəd panda ilə təbii fəlakətdə zərər çəkən şəhər sakinlərinə təsəlli vermək olub.

Malik Atilay

 





04.04.2024    çap et  çap et