Filippin Təhsil Departamenti temperaturun 43 dərəcəyə yüksəlməsi səbəbilə 3954 məktəbdə üzbəüz təhsilin dayandırıldığını açıqlayıb.
525.az xəbər verir ki, Filippində həddindən artıq isti hava ölkədə təhsil fəaliyyətinin dayandırılmasına səbəb olub. Ölkənin bəzi bölgələrində termometrlər 43 dərəcəni göstərərkən, Filippin Təhsil Departamentindən (DepEd) edilən açıqlamada istilər riski səbəbilə 12 bölgədə 3954 məktəbdə üzbəüz təhsilin dayandırıldığı bildirilib.
Xüsusilə Metro Manila, Qərbi Visayas, Soccsksargen, Central Visayas və Ilocos bölgələrində 1 milyon 393 min 806 şagirdin məcburi tətildən təsirləndiyi qeyd edilib.
Məhəmməd Tağıyev
çap et