Almaniyada polis qüvvələrində vəzifə yerinə yetirən 400-dən çox polis ifrat sağçı baxışlara malik olmaqda şübhəli bilinərək istintaqa cəlb olunub.
525.az xəbər verir ki, 16 əyalətin daxili işlər nazirliklərindən əldə edilən məlumatlarla görə, əyalətlərdə vəzifə yerinə yetirən 400 polis məmurunun ifrat sağçı və ya cinayətkar olması şübhəsi ilə istintaqa cəlb edildiyi və ya intizam istintaqına məruz qaldığı bildirilib.
Araşdırmada Berlin, Meklenburq-Qərbi Pomeraniya, Bremen və Türingiyadan mövcud rəqəmlər olmadığı üçün sözügedən rəqəmin daha çox ola biləcəyi ifadə edilib.
Qeyd edək ki, Almaniya Bundestaqının federal polis komissarı Uli Qrötç böyük təhlükə potensialı gördüyünü bildirib.
Məhəmməd Tağıyev
çap et