Zaporojya Atom Elektrik Stansiyasında nüvə yanacağını soyutmaq üçün istifadə edilən ehtiyat enerji sistemlərindən biri sıradan çıxıb.
525.az xəbər verir ki, Zaporojya Atom Elektrik Stansiyasının sosial media hesabından edilən açıqlamaya görə, bu səhər yüksək gərginlikli ehtiyat enerji sistemi sıradan çıxıb. Sistemin sıradan çıxması ilə bağlı araşdırmalar davam etsə də, stansiyada və onun ətrafında radiasiya səviyyəsində heç bir dəyişiklik baş verməyib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Məhəmməd Tağıyev
çap et