525.Az

ADA Universitetinin Qazax Mərkəzində “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi keçirilib


 

ADA Universitetinin Qazax Mərkəzində “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi keçirilib<b style="color:red"></b>

ADA Universitetinin Qazax Mərkəzində (Qazax Müəllimlər Seminariyası) "Vətənimsən, Azərbaycan!" müsabiqəsinin final mərhələsi keçirilib.

525.az xəbər verir ki, ADA Universitetinin Qazax Mərkəzi tərəfindən Gəncə-Daşkəsən və Qazax-Tovuz Regional Təhsil İdarələri ilə birgə 9-cu sinif şagirdəri arasında keçirilən müsabiqənin məqsədi onların Azərbaycanın tarixi, coğrafiyası, dili, ədəbiyyatı, musiqisi və incəsənətinə dair mövcud biliklərini aşkar etmək və zənginləşdirməkdir.

Üç mərhələdən ibarət müsabiqənin ilk mərhələsi məktəbdaxili olmaqla 250-yə yaxın ümumtəhsil məktəbinin iştirakı ilə baş tutub. İkinci mərhələyə uğurla keçən 371 şagird hər iki regional təhsil idarəsinə aid olan rayon mərkəzlərində müsabiqədə iştirak ediblər. Yüksək nəticə göstərən 24 şagird təhsil aldıqları məktəbləri təmsil edən beş nəfərlik komanda ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı məktəbdə və ADA Universitetinin Qazax Mərkəzində keçirilən yarımfinala qatılıb. Yüksək nəticə göstərən altı komanda final mərhələsinə vəsiqə qazanıb.

İntellektual-interaktiv oyun formatında keçirilən final mərhələsində isə şagirdlərə Azərbaycanın tarixini, dilini, ədəbiyyatını, coğrafiyasını və mədəniyyətini əhatə edən 20 sual təqdim olunub.

Ən yüksək nəticə göstərmiş komandalar, Tovuz rayon Əlimərdanlı kənd M. Musayev adına tam orta məktəbin komandası 1-ci yeri, Qazax şəhər M.Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb liseyin komandası 2- ci yeri, Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbin komandası 3- cü yeri qazandılar. Qaliblər hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Qeyd edək ki, sözügedən müsabiqə şagirdlərin azərbaycançılıq ideyaları və onun məzmunu barədə biliklərini artırıb və onları komanda şəklində çalışmağa və birgə işə ruhlandırıb.

 





05.04.2024    çap et  çap et