525.Az

Bir məktəbin 16 şagirdi buraxılış imtahanında riyaziyyat fənnindən maksimum bal toplayıb


 

Bir məktəbin 16 şagirdi buraxılış imtahanında riyaziyyat fənnindən maksimum bal toplayıb<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Nazirlikdən 525.az-a bildirilib ki, həmin şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.

Eyni zamanda, Yusif Vüqar oğlu Tağızadə və Məhəmməd Habil oğlu Qurbanov buraxılış imtahanında ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

Şagirdlərdən Nuray Nadir qızı Alıyeva respublika fənn olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, Fidan Ənvər qızı İmaməliyeva isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.

Ümumilikdə sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.

Sevinc Qarayeva 

 





05.04.2024    çap et  çap et