525.Az

Cənubi Afrika parlamentinin sədri istefa verib


 

Cənubi Afrika parlamentinin sədri istefa verib<b style="color:red"></b>

Cənubi Afrika Respublikası parlamentinin sədri Nosivive Mapisa-Nqakula ona qarşı korrupsiya ittihamları irəli sürüldükdən sonra istefa verdiyini açıqlayıb.

525.az xəbər verir ki, Mapisa-Nqakula parlamentə göndərdiyi məktubunda istefasının ona qarşı irəli sürülən ittihamların göstəricisi olmadığını bildirərək: "Mən bu qərarı Cənubi Afrika xalqını təmsil edən hökumət sistemimizin ən yüksək qurumu olan parlamentimizin bütövlüyünü və müqəddəsliyini qorumaq üçün verdim", - deyib.

Korrupsiya ittihamlarından təmizlənəcəyini bildirən Mapisa-Nqakula, günahsızlığını qoruduğunu və reputasiyasını bərpa etməkdə qərarlı olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





05.04.2024    çap et  çap et