525.Az

Rusiyadan Fransaya XƏBƏRDARLIQ


 

Rusiyadan Fransaya <b style="color:red">XƏBƏRDARLIQ</b>

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornuya Ukraynaya qoşun yeridəcəkləri təqdirdə Fransa üçün problem yaranacağı ilə bağlı xəbərdarlıq edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Şoyqunun Fransa tərəfinin “israrlı tələbi” ilə Lekornu ilə telefon danışığı apardığı bildirilib.

Lekornu Moskvada "Crocus Hall City" konsert salonunda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Açıqlamada Lekornunun eyni zamanda məsuliyyəti İŞİD-in üzərinə ataraq israrla Ukrayna və Qərb ölkələrinin terrorda iştirak etmədiyinə inandırmağa çalışdığı qeyd edilib.

Malik Atilay

 





05.04.2024    çap et  çap et