525.Az

Bayden və Tramp Nyu-Yorkda keçirilən praymerizlərdə liderdirlər


 

Bayden və Tramp Nyu-Yorkda keçirilən praymerizlərdə liderdirlər<b style="color:red"></b>

ABŞ-də Demokratlar və Respublikaçıların Nyu-York ştatında keçirdiyi növbəti partiyadaxili seçkilərdə Co Bayden və Donald Tramp qalib gəlir.

525.az xəbər verir ki, bu proqnozu "NBC News" verib.

Telekanal bildirir ki, siyasətçilər artıq öz partiyalarından ABŞ prezidentliyinə namizədliklərini təmin ediblər.

Qeyd olunur ki, Nyu-York ştatında partiyadaxili seçkilərdə həm Trampın, həm də Baydenin qalib gələcəyi gözlənilir. 

Havar Şəfiyeva

 





05.04.2024    çap et  çap et