Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallanta beynəlxalq "World Central Kitchen" təşkilatına vurulan zərbədən hiddətləndiyini bildirib.
525.az xəbər verir ki, bu barədə "RİA Novosti" Pentaqona istinadən məlumat yayıb.
ABŞ Hərbi Departamentinin bildirdiyinə görə, hücum nəticəsində humanitar konvoyun 7 əməkdaşı həlak olub. Onun fikrincə, İsrail öz tapıntılarını açıq şəkildə paylaşmalı və günahkarları məsuliyyətə cəlb etməlidir.
Qeyd edək ki, Ostin həmçinin Qəzza zolağında yardım işçilərini və fələstinli mülki insanları qorumaq üçün hərəkətə keçməyə çağırış edib.
Havar Şəfiyeva
çap et