525.Az

Vakant yerlər müəyyənləşdikdən sonra MİQ müsabiqəsinin tarixi açıqlanacaq


 

Vakant yerlər müəyyənləşdikdən sonra MİQ müsabiqəsinin tarixi açıqlanacaq<b style="color:red"></b>

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatdıqdan sonra vakant yerlər müəyyən ediləcək.

525.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli söyləyib. O bildirib ki, vakant yerlər müəyyənləşdikdən sonra müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin başlanılma tarixi açıqlanacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi 4 mərhələdən - sənəd qəbulu, test imtahanı, vakansiya seçimi və müsahibə mərhələsindən ibarətdir.

Sevinc Qarayeva 

 





05.04.2024    çap et  çap et