525.Az

F-16-lar Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq


 

F-16-lar Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq<b style="color:red"></b>

F-16 qırıcıları Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq

525.az “Report”-a istinadən xəbər verir ki, bunu F-16 qırıcılarının Rusiya-Ukrayna müharibəsinin gedişinə mümkün təsirini şərh edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katibin sözlərinə görə, hər hansı bir sistem müharibənin taleyini təkbaşına həll edə bilməz:

“NATO üzrə müttəfiqlərin Ukraynaya F-16 qırıcıları verərək, həmin təyyarələr üçün silah göndərmələri və pilotlara təlim keçmələri alyansın Ukraynaya hərbi yardımlarının çox mühüm nümunəsidir.

Ancaq heç bir sistem döyüş meydanında situasiyanı təkbaşına dəyişə bilməz. F-16-lar müharibənin gedişini müəyyənləşdirəcək "gümüş güllə” deyil. Bununla belə, F-16-ların əldə olunması Rusiyanın hücumlarını dəf etmək baxımından Ukrayna ordusunun imkanlarını artıracaq”.

 





05.04.2024    çap et  çap et