525.Az

Almaniya Silahlı Qüvvələri yenidən qurulacaq


 

Almaniya Silahlı Qüvvələri yenidən qurulacaq<b style="color:red"></b>

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Silahlı Qüvvələrinin (Bundesver) gələcəyə hazır olması üçün orduda struktur islahatları aparmağa qərar verdiyini açıqlayıb.

525.az xəbər verir ki, Pistorius Berlində Almaniya Baş Qərargah rəisi Karsten Breuer və Müdafiə Nazirliyinin müşaviri Nils Hilmer ilə keçirdiyi mətbuat konfransında Almaniya Silahlı Qüvvələrində yenidən strukturlaşma planları haqqında məlumat verib.

Ordunun struktur islahatı ilə bağlı təkliflər üzərində işləmək tapşırığını təxminən 5 ay əvvəl verdiyini xatırladan Pistorius, bu məsələ ilə bağlı qərarın bu gün verildiyini və ordunun yenidən qurulması üçün imza atdığını qeyd edib.

Pistorius: "Bizim ümumi məqsədimiz alman ordusunu fövqəladə vəziyyət, müdafiə və müharibə vəziyyətində ən yaxşı mövqe tutması üçün yenidən qurmaqdır", - deyib.

Məhəmməd Tağıyev

 





05.04.2024    çap et  çap et