525.Az

ABŞ-də ixtisarlar son 14 ayda ən yüksək səviyyədədir


 

ABŞ-də ixtisarlar son 14 ayda ən yüksək səviyyədədir<b style="color:red"></b>

ABŞ mərkəzli işəgötürənlər tərəfindən edilən ixtisarlar 2023-cü ilin yanvar ayından bu yana ən yüksək səviyyəyə çataraq mart ayında 90 min 309 nəfər olub.

525.az xəbər verir ki, elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən "Challenger, Gray & Christmas" məsləhət şirkəti mart ayı üçün hesabatını dərc edib. Hesabata görə, ABŞ mərkəzli işəgötürənlər tərəfindən elan edilən ixtisarların sayı mart ayında aylıq 7 faizlə artımla 90 min 309-a çatıb. Fevral ayında 84 min 638 nəfərin işdən çıxarılacağı açıqlanmışdı.

Beləliklə, ölkədə 2023-cü ilin yanvarından bəri ən yüksək ixtisar səviyyəsi mart ayında qeydə alınıb.

Məhəmməd Tağıyev

 





05.04.2024    çap et  çap et