525.Az

İranda 4,9 bal gücündə zəlzələ


 

İranda 4,9 bal gücündə <b style="color:red">zəlzələ</b>

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Xuzistan əyalətinin Müşrage şəhərində olan 4,9 bal gücündə zəlzələ yerli vaxtla saat 12:15-də qeydə alınıb.

Belə ki, zəlzələ yerin 16 kilometr dərinliyində baş versə də, hər hansı can itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Məhəmməd Tağıyev

 





05.04.2024    çap et  çap et