525.Az

Nigeriyada silahlı hücum: 19 ölü


 

Nigeriyada silahlı hücum: <b style="color:red">19 ölü</b>

Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda 19 nəfərin həyatını itirdiyi bildirilib.

525.az xəbər verir ki, Kogi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib. Hadisə nəticəsində 19 nəfər ölüb, onlarla insan yaralanıb. Bir çox evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.

Qeyd edək ki, Kogi Əyalət Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Uilyam Aya hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.

Məhəmməd Tağıyev

 





05.04.2024    çap et  çap et