525.Az

"IPhone 6s" telefonları bir gündə 550 dollar ucuzlaşdı


 

"IPhone 6s" telefonları bir gündə 550 dollar ucuzlaşdı<b style="color:red"></b> Son 2 gündə telefon bazarında iPhone 6s markalı telefonlarının satışında sürətli qiymət düşməsi müşahidə olunur. 

Bakıdakı telefon mağzalarından birinin sahibi Asif Həsənovun Modern.az-a dediyinə görə, “ilk vaxtlar biz iPhone 6s telefonlarını gətirəndə qiyməti 1696 manat idi. Son iki gündü qiymətlər 550 dollar aşağı düşüb”.

Onun sözlərinə görə, həmin markalı telefonlardan Azərbaycana nümunə kimi hər rəngindən biri gətirilib.

Lakin insanlar sadəcə vitrində baxır və almırlar.

“Əhalinin marağı var, amma bu qiymətlər çox bahadır. Onların imkanı çatmır telefonu almağa, bu üzdən də iPhone 6s telefonları vitrində qalıb”.

Hər hansı şəxsin Amerikaya gedib bu telefonu ordan alıb gətirməsinin buradakından daha ucuz başa gəldiyini deyən A. Həsənov xarici ölkələrdə iPhone 6s-lərin daha çox satıldığını bildirib.
O qeyd edib ki, hazırda iPhone 6s telefonlarının Azərbaycandakı satış qiyməti 1193 manatdır.
 





24.09.2014    çap et  çap et