525.Az

Hindistan kəşfiyyatı xaricdə şübhəli bilinən terrorçuları məhv edir - "The Guardian"


 

Hindistan kəşfiyyatı xaricdə şübhəli bilinən terrorçuları məhv edir - <b style="color:red">"The Guardian"</b>

2020-ci ildən Hindistanın kəşfiyyat xidmətləri düşmən Pakistan və digər ölkələrin ərazisində şübhəli terrorçuları və Hindistanın milli təhlükəsizliyinə təhlükə törədən şəxsləri məhv edir.

525.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti xarici kəşfiyyat zabitləri arasında olan mənbələrə istinadən yazır.

"Hindistan və Pakistan kəşfiyyat rəsmilərinin sözlərinə görə, Hindistan hökuməti xaricdə yaşayan terrorçuları zərərsizləşdirmək üçün daha geniş strategiyanın bir hissəsi olaraq Pakistanda təhlükəli şəxsləri məhv edib”, - nəşrdə şübhəli bilinən terrorçuların zərərsizləşdirilməsi ilə bağlı 20 hadisə barədə danışılıb. 

Qeyd olunur ki, Pakistan kəşfiyyatı artıq şahid ifadələri, həbs hesabatları, maliyyə hesabatları, "WhatsApp" mesajları və pasportlar da daxil olmaqla yeddi oxşar işdə Hindistan kəşfiyyat xidmətlərinin iştirakını göstərən sübutlar toplayıb.

Havar Şəfiyeva

 





05.04.2024    çap et  çap et