Türkiyənin hüquq-mühafizə orqanları İsrail kəşfiyyat xidməti "Mossad" ilə işləməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.
525.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Türkiyədə İsrail kəşfiyyatının hədəfinə çevrilmiş şəxslər və şirkətlər haqqında məlumat toplayan şəxslərə qarşı təşkil edilən "KÖSTEBEK-3" əməliyyatı çərçivəsində 8 şübhəli saxlanılıb”, - deyə qeyd olunub.
Yerlikaya bildirib ki, hazırda saxlanılan səkkiz nəfərdən ikisi həbs edilib, digər altı nəfərlə bağlı isə məhkəmə nəzarəti barədə qərar qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Krokusda törədilən terror aktında xarici kəşfiyyat xidmətlərinin əli olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bu cür hücumların həmişə sponsorları olur, “İslam Dövləti” təkbaşına belə terror aktını təşkil etmək iqtidarında deyil.
Havar Şəfiyeva
çap et