525.Az

Milli Kitabxanada “Asəf Zeynallı - 115” adlı kitab sərgisi açılıb


 

Milli Kitabxanada “Asəf Zeynallı - 115” adlı kitab sərgisi açılıb<b style="color:red"></b>

Musiqi tariximizdə özünəməxsus xüsusi yer tutan görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı 1909-cu il 5 apreldə Dərbənddə doğulub. 

525.az xəbər verir ki, Azərbaycan musiqisində bir çox janrın banisi, böyük əsərlərin yaradıcısı sayılan Asəf Zeynallı cəmi 23 il yaşasa da, mədəniyyətimizin korifeyləri sırasında əbədi yer qazanıb. 

"Ölkəm", "Seyran", "Sual", "Sərhədçi", "Çadra" adlı romansları, fortepiano üçün "Çahargah", "Durna" pyesləri, skripka və fortepiano üçün "Muğamsayağı" pyesi unudulmaz bəstəkardan yadigar qalan sənət nişanəsidir. 

Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri 6 pyesdən - "Kuklaların marşı", "Uşaq və buz", "Oyun", "Rəqs", "Qoyunlar", "Mübahisə"dən ibarət "Uşaq süitası"dır. O, bu pyesləri ilə Azərbaycanda uşaq fortepiano miniatürünün əsasını qoyub.

Milli Kitabxanada görkəmli bəstəkarın doğum günü ilə əlaqədar “Asəf Zeynallı - 115” adlı geniş kitab sərgisi hazırlanıb.

Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dilləridə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

 





06.04.2024    çap et  çap et